4 döyüşçünün 44 günlük döyüş həyatı - “Zəfərin sıra nəfərləri” sənədli filmi AzTV-də

4 döyüşçünün 44 günlük döyüş həyatı - “Zəfərin sıra nəfərləri” sənədli filmi AzTV-də

31 İyul, 10:00 Sosial mediada paylaşın:

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsal etdiyi “Zəfərin sıra nəfərləri” sənədli filminin süjet xəttini sevgi və qürur, sevinc və kədər, həyəcan və iftixar təşkil edir.

“Candan qandan üstün olan bir şey varsa, o da, VƏTƏNdir!” – deyən qəhrəman oğullarımız “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

Sentyabrın 27-də başlayan Vətən Müharibəsi Müzəffər Ordumuzun şanlı qələbsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistan dövlətinin 30 il ərzində yaratdığı silahlı qüvvələrini darmadağın edərək, düşməni torpaqlarımızdan qovdu, böyük zəfərə imza atdı.

“Zəfərin sıra nəfərləri” sənədli filmində bir vaxtlar isti beşiklərindən qovulan körpə uşaqların, tank belində geri dönərək öz ata-baba torpaqlarını düşməndən necə azad etməsi ön plana çəkilib.

Filmdə dörd döyüşçünün – komandirin, ideoloji iş üzrə rəhbərin, tankçı və hərbi tibb xidməti həkiminin timsalında Müzəffər Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan Vətən Müharibəsində yaşananlardan, müqavimət, döyüş və qələbədən bəhs olunur. Ölüm-dirim savaşına qalxan belə igid oğullarımızın adi insani hissləri filmi izləyən tamaşaçıda ermənilərə qarşı nifrət hissi oyadır.

Filmdə real obrazllardan əlavə Müdafiə Nazirliyinin efirə getməyən döyüş kadrlarından da istifadə olunub. Bakıda - "Qənimətlər Parkı"nda lentə alınan filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatoru Adil Abbasov, bəstəkarı isə Azər Hacıəsgərlidir.

4 döyüşçünün 44 günlük döyüş həyatından bəhs edən “Zəfərin sıra nəfərləri” sənədli filmini 31 iyul saat 22:30-da Azərbaycan Televiziyasında izləməyi unutmayın!

CANLI YAYIM