Zəvvarlar “şeytan daşlama” mərasimində iştirak ediblər

Zəvvarlar “şeytan daşlama” mərasimində iştirak ediblər

20 İyul, 12:29 Sosial mediada paylaşın:

Məhdud sayda – 60 min zəvvarın iştirakı ilə keçirilən Həcc ziyarəti davam edir.

Müqəddəs Qurban bayramının ilk günündə zəvvarlar “şeytan daşlama” mərasimində iştirak ediblər. Onlar sübh tezdən Mina dağına çıxaraq, Həcc ziyarətinin yekun ayinini yerinə yetiriblər. Səudiyyə Ərəbistanının müvafiq qurumları COVID-19 pandemiyası şəraitində keçirilən bu ayinə də əvvəlcədən hazırlıq görüblər. Belə ki, Mina dağında və Müzdalifahda qoyulmuş daşla dolu torbalar dezinfeksiya olunub, həmçinin zəvvarların sosial məsafəyə əməl etməsinə nəzarət həyata keçirilib.

Bu il Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı ərazisində yaşayan əcnəbilər və yerli sakinlərin iştirakı ilə keçirilir. Zəvvarların hamısının COVID-19 əleyhinə vaksinasiya olunmasına xüsusi diqqət yetirilib, habelə onlar təkrar testdən keçirilib.

CANLI YAYIM