AzTV-nin əməkdaşının əsəri Moskvada keçirilən müsabiqədə iştirak edir

AzTV-nin əməkdaşının əsəri Moskvada keçirilən müsabiqədə iştirak edir

19 Sentyabr, 11:02 Sosial mediada paylaşın:

AzTV-nin əməkdaşı, yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Uşaqlıq"  monopyesi Moskvada keçirilən “XXI ƏSR - İLK HADİSƏ - 2019” Müstəqil Beynəlxalq Müasir Dramaturgiya Müsabiqəsinin “Tənha artist” nominasiyanın uzun siyahısına daxil edilib. Müəllif məhz bu pyeslə 2018-ci ildə Almanıyanın Potsdam şəhərində Höte İnstitutu tərəfindən keçirilən “Next Stage Europe - 2018” gənc dramaturqların festivalında Azərbaycanı təmsil edib. Əsər bu yaxınlarda festivalın yekunlarına dair dərc olunan almandilli topluda yer alıb.  

CANLI YAYIM