YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib

YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib

15 May, 11:30 Sosial mediada paylaşın:

Müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatında qurbanlar kəsilib və Səbail rayonu ərazisində xüsusi qayğıya ehtiyacı olan 101 ailəyə, o cümlədən Vətən müharibəsi Şəhidlərinin və qazilərinin ailələrinə, Birinci Qarabağ müharibəsinin Şəhid ailələri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırılıb.

Sosial aksiya çərçivəsində rayon partiya təşkilatının fəal gəncləri Səbail rayonunun Şəhidlərinin və qazilərinin ailələrini ziyarət edilbər, ailə üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin, Səbail rayonunun Birinci Qarabağ müharibəsinin şəhid ailələri və veteranları ilə görüşlər təşkil olunub. Tənha ahıllar, xəstələr, kimsəsizlər, eləcə də Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələr, əlil vətəndaşlar evlərində ziyarət olunub və onlara qurban payları çatdırılıb.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

CANLI YAYIM