"Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb

"Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb

7 May, 10:11 Sosial mediada paylaşın:

Martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus Ro-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk səfərinə çıxıb.

Gəmi-bərənin ilk səfəri Qazaxıstanın Kurık limanına olub. Gəmi bu gün Ələtdəki Bakı Limanından yola düşüb.  Məlumata görə, daimi heyəti 25 nəfərdən ibarət gəminin uzunluğu 155 metrə yaxındır. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 14 bərə və 2 Ro-Ro tipli gəmi həyata keçirir.

CANLI YAYIM