Yeni loqo yeniliklərin başlanğıcıdır

Yeni loqo yeniliklərin başlanğıcıdır

16 Sentyabr, 12:58 Sosial mediada paylaşın:

 

 

Hər gün yeni-yeni verilişləri ilə tamaşaçıların zövqünü oxşayan Azərbaycan Televiziyası daha bir yeniliiyə imza atdı. AzTV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının loqosu bu gün yenisi ilə əvəz olundu.  

Bildiyimiz kimi logotip ad, simvol, işarə və ticarət nişanı mənalarını özündə birləşdirir. Bu işarə aid olduğu şirkət və ya individual aktivliyin mahiyyətinin qrafik səviyyədə təmsil edir.

Loqo ilk baxışdan diqqəti cəlb etməli, sadə və dərhal yaddaşlarda qalma effektinə malik olmalıdır. Az.TV, “Mədəniyyət” və “İdman Azərbaycan” telekanallarının professional şəkildə hazırlanmış yeni logoları da bu qəbildəndir. Loqoların rənglərinin ümumiləşmiş forması Azərbaycan bayrağının rənglərini özündə birləşdirir. Eyni zamanda, simvol olaraq daim irəliləyən, yenilənən mənasını özündə ehtiva edir.

CANLI YAYIM