Dünyada vaksinasiya ilə bağlı son vəziyyət

Dünyada vaksinasiya ilə bağlı son vəziyyət

5 May, 12:21 Sosial mediada paylaşın:

Son statistika dünyada koronavirusa yoluxanların sayının 155 milyona yaxın olduğunu göstərir. Xəstəlik 3 milyon 241 mindən çox insanın həyatına son qoyub.

Avropa İttifaqında koronavirus əleyhinə 150 milyon vaksin vurulub. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen qeyd edib ki, ittifaq əhalisinin ¼-i peyvəndin ilk dozasını qəbul edib, yetkinlik yaşına çatan vətəndaşları peyvənd etmək üçün iyunda kifayət qədər vaksin olacaq.

ABŞ isə əhalinin peyvəndlənməsi ilə bağlı qarşıya yeni hədəf qoyub. ABŞ Prezidenti Co Baydenın sözlərinə görə iyulun 4-dək yetkinlik yaşına çatan əhalinin 70%-nə vaksinin ilk dozasının vurulması planlaşdırılır. Bu müddətədək 160 milyon amerikalı tam vaksinasiya kursu keçmiş olacaq.

Epidemioloji vəziyyətin ağır olduğu Braziliyada isə peyvəndləmə prosesində ləngimələr qeydə alınıb. Ölkənin 7 iri şəhərində vaksin çatışmazlığı səbəbindən sakinlər ikinci dozanı qəbul edə bilmirlər.

CANLI YAYIM