Qırğızıstan ilə Tacikistan arasındakı qarşıdurma zamanı həlak olanların sayı 20-yə çatıb

Qırğızıstan ilə Tacikistan arasındakı qarşıdurma zamanı həlak olanların sayı 20-yə çatıb

30 Aprel, 10:20 Sosial mediada paylaşın:

Qırğızıstan-Tacikistan sərhədindəki qarşıdurma ilə bağlı atəşkəsin əldə edilməsinə baxmayaraq, vəziyyət gərgin olaraq qalır, fasilələrlə atışmalar müşahidə edilir.

Qarşıdurmada hər iki tərəfdən həlak olanların sayı 20-yə çatıb. 150-dən çox insanın yaralandığı bildirilir. Münaqişə zonasında məskunlaşan 13 min 500 sakin təhlükəsiz ərazilərə köçürülüb. Qırğızıstan Baş nazirinin birinci müavini Artyom Novikov və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev münaqişə zonasındadır. Tərəflər hər iki ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması haqqında razılığa gəliblər. Qırğızıstan Prezidenti Sadır japarov qarşıdurmada həlak olanların yaxınlarına başsağlığı verib.

CANLI YAYIM