Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı açıqlandı

Azərbaycanda birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı açıqlandı

14 Aprel, 17:00 Sosial mediada paylaşın:

Aprelin 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 31 min 28 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 347, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4681 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.

CANLI YAYIM