Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib

13 Aprel, 11:12 Sosial mediada paylaşın:

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.

CANLI YAYIM