Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq

Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq

13 Aprel, 10:38 Sosial mediada paylaşın:

“Qarabağ ərazisində yerləşən çaylarda hidroloji müşahidə şəbəkəsi bərpa olunacaq”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cəbrayıl və Qubadlı rayonlarına təşkil etdiyi mediatur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, işğaldan əvvəl Qarabağda su obyektlərində 17 məntəqədən ibarət və 100 illik tarixə malik olan müşahidə şəbəkəsi fəaliyyət göstərib: “Qeyd edim ki, Qarabağın sıx çay şəbəkəsi mövcuddur. Bu çayların Qarabağın və ölkənin digər rayonlarının kənd təsərrüfatı kompleksi üçün böyük əhəmiyyəti var”.

U.Tağıyeva əlavə edib ki, yaxın 4-5 il ərzində Qarabağda 13 məntəqədə müasir avtomatlaşdırılmış hidroloji stansiyanın tətbiqi planlaşdırılır: “Stansiyalar Tərtərçay, Xaçınçay, Qarqarçay, Levçay, Köndələnçay, Zabuxçay, Qarqarçay, Bərguşadçay, Oxçuçay, Bəsitçay və Araz çayında quraşdırılacaq”.

CANLI YAYIM