Şəhid ailələri ilə görüşlər keçirilib

Şəhid ailələri ilə görüşlər keçirilib

12 Aprel, 13:10 Sosial mediada paylaşın:

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri şəhid ailələri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Belə görüşlərin şəhid ailələrinin problemlərini öyrənmək baxımından müntəzəm olacağı diqqətə çatdırılıb.

CANLI YAYIM