Pensiyaların ödənilməsi ayın 15-də yekunlaşacaq.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.
Qeyd olunub ki, respublika üzrə pensiyaların aprel ayının 15-i tarixində tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.