Anası azərbaycanlı, atası acar, babası türk, nənəsi rus... – Kinomuzun “Mixaylo”sundan danışacağıq

Anası azərbaycanlı, atası acar, babası türk, nənəsi rus... – Kinomuzun “Mixaylo”sundan danışacağıq

9 Aprel, 17:00 Sosial mediada paylaşın:

Azərbaycan Radiosunun “Kadrarxası” verilişində bu dəfə adı sənətsevərlərə yaxşı tanış olan Xalq artisti Nodar Şaşıqoğlu barədə danışılacaq.

Aprelin 12-si saat 15:30-da efirə gedəcək verilişdə Nodar Şaşıqoğlunun yaradıcılıq yox, ömür yolunun kadrarxası məqamlarından bəhs ediləcək.

Şaşıqoğlunun teatr və kinoda yaratdığı obrazları saymaqla qurtarmaz. Amma oynadığı rollar aktyorun şəxsiyyəti barədə yetərincə təsəvvür yaratmır. Bu səbəbdən də dinləyicilərə onun məhz həyatı barədə maraqlı məqamlar təqdim ediləcək.

Anası azərbaycanlı, atası acar, bir babası türk, nənəsinin biri rusdur. Bu qan qarışıqlığı onun necə bir insan kimi formalaşmasında əsas rol oynamışdı. Həyatda qarşılaşdığı çətinliklərin öhdəsindən asanlıqla gələ bilir, sərbəst olmağı, ürəyi istədiyi kimi istirahət edib əylənməyi çox xoşlayırdı. Nadincliyi ucbatından beş məktəb dəyişsə də, istedad və bacarığına söz ola bilməzdi: rus dilində bədii qiraət müsabiqələrinin daimi qalibi kimi bütün Gürcüstanda tanınırdı.

Xalq artisti Nodar Şaşıqoğlunu daha yaxından tanımaq istəyirsinizsə, aprelin 12-də saat 15.30-da Azərbaycan Radiosunun efirində yayımlanacaq “Kadrarxası” verilişini dinləməyi unutmayın.

Verilişin müəllifi və aparıcısı Rövşən Ramazanlı, rejissoru Anar Məmmədovdur.

 

CANLI YAYIM