İndoneziyada meşə yanğınları intensivləşib

İndoneziyada meşə yanğınları intensivləşib

13 Sentyabr, 12:39 Sosial mediada paylaşın:

İndoneziyada uzun müddət davam edən quraqlıq və isti hava meşə yanğınlarını intensivləşdirib. Sumatra və Borneo adalarında yanğın böyük sahəni əhatə edib. Peykdən çəkilmiş fotolar regionda temperaturun artdığını və havanın yanma məhsulları ilə çirkləndiyi göstərir. Yanğın ocaqlarının sayı 2 gün ərzində 861-dən 1620-yə yüksəlib. Alovla mübarizəyə 9 min nəfərədək şəxsi heyət və aviasiya cəlb edilib. Ekspertlərin fikrincə meşə yanğınlarının başlıca səbəbi biçindən sonra əkin sahələrinə od vurulmasıdır. Tropik meşələrin yanması bütün regionun ekoloji balansını pozur.

CANLI YAYIM