Berlində Emin Ağalarovun konserti olub

Berlində Emin Ağalarovun konserti olub

13 Sentyabr, 11:40 Sosial mediada paylaşın:

Sentyabrın 12-də Almaniyanın paytaxtında Azərbaycanın Xalq artisti Emin Ağalarovun (EMIN) konserti olub.

Konsert EMIN-in Berlinlə yanaşı, Hamburq və Noys şəhərlərini də əhatə edəcək “Good Love” qastrolları çərçivəsində təşkil edilib. Anşlaqla keçən konsertdə Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri və EMIN-in yaradıcılığının Berlindəki pərəstişkarları iştirak ediblər.

Qastrollar çərçivəsində bu gün Hamburqda, sentyabrın 14-də isə Noysda növbəti konsertlər olacaq.

CANLI YAYIM