Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı kəskin artıb

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı kəskin artıb

26 Mart, 14:14 Sosial mediada paylaşın:

Ermənistanda COVID-19 virusuna yoluxma və bu virusdan ölənlərin sayı yenidən kəskin artıb.

Son sutka ərzində ölkədə daha 1005 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 188 min 446 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı da son sutkada daha 18 nəfər artaraq 3434-ə çatıb.

CANLI YAYIM