Ermənistan parlamentində dinləmələr yenə qalmaqalla müşahidə olunub.

Ermənistan parlamentində dinləmələr yenə qalmaqalla müşahidə olunub.

25 Mart, 14:04 Sosial mediada paylaşın:

Ermənistanda  6 aydır davam edən hərbi vəziyyətin ləğvi ilə əlaqədar parlamentdə keçirilən müzakirələrdə Nikol Paşinyanın iştirakı vəziyyəti daha da ciddiləşdirib.

Deputatlar arasında qızğın müzakirələrin getdiyi bir vaxta, Paşinyanın təsbeh fırlatması ölkə mətbuatında tənqid olunub. Jurnalist Ani Qevorkyanın sosial şəbəkədə paylaşdığı bu görüntü birmənalı qarşılanmayıb. Bu arada, Ermənistan mətbuatının yaydığı məlumata əsasən, Silahlı Qüvvələrin keçmiş baş qərargah rəisi Onik Qasparyan, ölkə qanunvericiliyinin ən ağır maddəsi- hərbi çevrilişə cəhd maddəsinə əsasən, həbs oluna bilər. Baş prokurorluğun mətbuat katibi Arevik Xaçatryan bununla bağlı  ilkin olaraq hazırlıq işlərinin aparıldığını gizlətməyib.

 

CANLI YAYIM