Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayı keçirilib

24 Mart, 14:40 Sosial mediada paylaşın:

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayı keçirilib.

AzTV xəbər verir ki, Türkiyənin bütün vilayət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Ankarada keçirilən qurultayda Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

CANLI YAYIM