Metrostansiyalarda hansı dəyişikliklər gözlənilir? - REPORTAJ

12 Sentyabr, 16:46 Sosial mediada paylaşın:

Metronun Şah İsmayıl Xətai stansiyasından sonra daha bir stansiyada əsaslı təmir işlərinə başlanılacaq. Mərhələli şəkildə təmir işlərinin aparılması planlaşdırılan həmin stansiya hansıdır? Və açılışı baş tutan Xətai stansiyasında yenidənqurmadan sonrakı vəziyyətini sərnişinlər necə qiymətləndirir?

Əməkdaşımız Vüsal Qaracanın reportajında suallara aydınlıq gətirilib.

Avtomobil yollarında sıxlığın aradan qaldırılmasında Bakı metropoliteni mühüm rol oynayır. Bu gün şəhər əhalisinin böyük bir hissəsi də metrodan istifadə edir. Ötən il təmirinə başlanılan yeni tədris ilinin başlanğıcında yenilənərək istifadəyə verilən Xətai metrostansiyasının da Xocalı prospekti və ətraf qəsəbələrdə yaşayanların üzü şəhər istiqamətində mənzil başına daha rahat və daha tez çatmasında böyük payı var.

Ramin Hacıyev (sərnişin): 
- Çox xoşumuza gəldi. Çox gözəldir.
- 1 il əvvəlki vəziyyəti yadınızdadır?
- Bəli, indi daha yaxşıdır. Çox gözəlləşib.
- Bəs vizuallığı necə?
- Çox xoşuma gəldi

Abdulhəmid Həsənov (sərnişin):
- Ən çox istifadə etdiyim nəqliyyat vasitələrindən biri metrodur. Bu gün çox şad olduq.
- Necə dəyərləndirisiniz görülən işləri. Bəyəndiniz?
- Mən Moskvada da olmuşam. Bizdə 35-ə yaxın metro var. İnanırsınız, bizim metrostansiyalara girəndə elə bir muzeydir. Çox rahatlıqdır. Adamın gözü yorulmur, elə interyer var ki. Rahatlıqdır.

Bəli, sərnişinlərin də dediyi kimi, xüsusilə son zamanlarda metrostansiyaların yenilənməsi, sərnişinlərin daha rahat istifadəsi üçün çox böyük işlər görülüb. Və bu işlər növbəti illərdə də davam etdiriləcək.  Hazırda bəzi stansiyalarda yenidənqurma işləri aparılır.

Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov:
- Cəfər Cabbarlı stansiyasında bu işləri aparırırq. Baxmayaraq ki, o stansiya 90-cı illərdə yenidən qurulub. Amma həmin dövrün çətinliklərinə görə orada metal konstruksiyada aşınmalar olduğu üçün işlərə başlamışıq. Bir platforma bir yolda iş aparacayıq ki, sərnişinlərin rahatlığı üçün problemlər olmasın. Sonra digər tərəfdən də iş aparılacaq. Nizami stansiyası da tam yenidən qurulacaq. 2026-cı ildə oradakı eskalatorların iş müddəti başa çatacaq. Və biz eskalatoru dəyişəndə oranı da yenidən təmir bərpa edəcəyik.

***

Yeni tikilən metrostansiyalardan isə ilk olaraq Cəlil Məmmədquluzadə küçəsində, Hərbi hospitalın yanında inşa edilən şərti adı B3 olan stansiyanın istismara veriləcəyi planlaşdırılır. Stansiyalarla bərabər qatarların da yenisi ilə əvəzlənməsi prosesi davam etdirlir. Gələn ilə yeni qatarların alınması planlaşdırılır. Bu il isə 30 yeni vaqon alınaraq artıq istismara verilib.

Aztv.az