Sentyabrın 8-də keçirilən imtahanların nəticələri açıqlandı

12 Sentyabr, 13:39 Sosial mediada paylaşın:

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Aztv.az"a verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Qeyd edək ki, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.