Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb

12 Sentyabr, 12:58 Sosial mediada paylaşın:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-avqust aylarında 30,9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Sənaye məhsulunun 25,1 faizi emal sektorunda istehsal olunub.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 78 faiz, içkilərin istehsalı 44,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8 faiz, tütün məmulatlarının istehsalı 32,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,7 faiz, mebel istehsalı 30,4 faiz, kağız və karton istehsalı 26,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, qida məhsullarının istehsalı 15,7 faiz, poliqrafiya məhsullarının istehsalı 12 faiz, maşın və avadanlıqların istehsalı 4,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, geyim istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 1,6 faiz artıb. Əczaçılıq məhsullarının istehsalı 9,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 16,4 faiz azalıb.

CANLI YAYIM