Tağıyevin bir-birindən xəbərsiz nəvə-nəticəsi AzTV-nin verilişində tanış oldu

Tağıyevin bir-birindən xəbərsiz nəvə-nəticəsi AzTV-nin verilişində tanış oldu

10 Mart, 16:50 Sosial mediada paylaşın:

AzTV-də yayımlanan “Yüz ilin adamları” layihəsinin növbəti buraxılışı milyonçu Hacı Zeynalabdin Tağıyevə həsr olunub.

Verilişdə nəcibliyi və mərhəməti ilə digər kapitalistlərdən fərqlənən, xeyirxahlığından hələ də bəhrələndiyimiz Tağıyev haqqında çox adamın xəbərsiz olduğu məqamlar açıqlanacaq.

Layihə komandası Tağıyevlə bağlı buraxılışı hazırlayan zaman onun Peterburqda yaşayan nəvəsi Oleq Sarayev, Parisdə yaşayan nəticəsi Alban Klod və Bakıda yaşayan digər nəticəsi Nazim Abdullayevlə görüşüb. “Yüz ilin adamları”nın kollektivi hətta bir-birindən xəbərsiz bu ailə üzvlərini tanış edib, onların onlayn görüşünü təşkil ediblər.

Martın 14-ü saat 22:00-da AzTV-də Hacı Zeynalabdin Tağıyev haqqında bilmədiklərinizdən danışacaq, heç yerdə görmədiyiniz kadrları göstərəcəyik.

CANLI YAYIM