Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası

Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası

11 Sentyabr, 11:38 Sosial mediada paylaşın:

28 sentyabr-18 oktyabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Fermerlərin və arıçıların yarmarkada iştirakı ilə bağlı qaydalar da açıqlanıb. Belə ki, iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər ola bilər. İştirakçılar növbəli şəkildə seçiləcək. Minimum 20 arı ailəsinə sahib olan arıçılar yarmarkaya maksimum 400 kq bal və 30 çərçivə arı şanı çıxara bilərlər.

CANLI YAYIM