Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət

15 Fevral, 11:10 Sosial mediada paylaşın:

Son statistikaya görə, dünyada yeni növ koronavirusa yoluxanların sayı 109 milyon 390 mini ötüb. İndiyədək 2 milyon 411 mindən artıq insan bu xəstəlikdən dünyasını dəyişib. COVID-19-a yoluxmaların artması ilə əlaqədar ölkələr məhdudiyyətlər tətbiq etməkdə davam edir.

Böyük Britaniya koronavirusa yoluxma riski yüksək olan ölkələrdən gələn şəxslər üçün karantin tədbirlərini sərtləşdirir. Fevralın 15-dən etibarən “qırmızı siyahı”da olan dövlətlərdən gələnlər 2 həftə hotellərdə karantində qalmalı olacaqlar. Bu qaydaları pozanlar cərimələnə və hətta həbs oluna bilərlər.

Koronavirusun “Böyük Britaniya” variantına yoluxmaların sürətlə artdığı Çexiyada fövqəladə vəziyyət daha 2 həftə uzadılıb. Əksər mağazalar, restoran, kafe və barlar bağlı qalacaq. Ölkənin COVID-19-a daha çox yoluxmanın olduğu 3 regionuna giriş-çıxışla bağlı qadağa da qüvvədə saxlanılır. Çexiyada son iki həftədə hər 100 min nəfərə 915 yeni yoluxma faktı düşür. Bu ölkə adam başına düşən yoluxma göstəricisinə görə Avropa İttifaqında Portuqaliyadan sonra ikinci yerdədir.

Koronavirusun yeni ştammına yoluxmaların qarşısını almaq üçün daha bir ölkə məhdudiyyətlər tətbiq edir. Avstraliya Yeni Zelandiya ilə sərbəst hava əlaqəsini dayandırıb. Bu qərar Oklend şəhərində COVID-19-un “Britaniya” variantına yoluxma faktlarının qeydə alınmasından sonra qəbul olunub. Bu gündən başlayaraq 72 saat ərzində Yeni Zelandiyadan gələn bütün aviareyslər “qırmızı zona”dan uçuşlar hesab olunacaq. 3 gün ərzində bu reyslərlə Avstraliyaya gələn hər kəs 14 gün oteldə karantində qalmalı olacaq.

Fərda Abasova

CANLI YAYIM