Allahşükür Paşazadə: "Bununla xəstə insanlara kömək edirik"

Allahşükür Paşazadə: "Bununla xəstə insanlara kömək edirik"

10 Sentyabr, 14:47 Sosial mediada paylaşın:

"Azərbaycanda Aşura günü ənənəsi illər keçməsinə baxmayaraq hələ də yaşadılır. Ancaq əvvəllər baş verən zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmirdi".

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxülislam bildirib ki, bunların əvəzinə qanvermə aksiyasının keçirilməsi ilə bağlı qərar verilib: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".
Şeyxülislam qeyd edib ki, hazırda Azərbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu, savab işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı diləyirəm".

CANLI YAYIM