“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri keçirilib

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri keçirilib

10 Sentyabr, 12:55 Sosial mediada paylaşın:

“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.

Təlimlərin növbəti hissəsi Yevlax rayonunda keçirilib. Bu münasibətlə pilotlarla uçuşöncəsi brifinq təşkil olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin Hərbi Hava qüvvələrinin iştirakı ilə sentyabrın 2-dən ölkəmizdə “TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimləri başlayıb.

Təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

CANLI YAYIM