Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda iki futbolçumuz cəzalı duruma düşüb.
Millimizin üzvləri Anton Krivotsyuk və Dmitri Nazarov sarı vərəqə alaraq, limiti doldurublar.
Hər iki futbolçu oktyabrın 13-də Macarıstanda keçiriləcək səfər oyununu buraxacaq.
Qeyd edək ki, sentyabrın 9-da Bakıda təşkil olunan Azərbaycan-Xorvatiya oyunu heç-heçə yekunlaşıb - 1:1.