"Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin elektron sənəd qəbulu başlayır" - AÇIQLAMA

"Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin elektron sənəd qəbulu başlayır" - AÇIQLAMA

9 Sentyabr, 16:39 Sosial mediada paylaşın:

2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrində işlə təmin olunan 3 min 500-dən çox müəllimdən sonra müqaviləli işləmək istəyən namizədlərin elektron sənəd qəbuluna start veriləcək. Qeydiyyat prosesində builki müsabiqədə bal toplayanlarla yanaşı, ötən illərdə uğur qazanan müəllimlər də iştirak edə biləcəklər. 

Sentyabrın 10-dan ümumi təhsil müəssisələrinə müqavilə ilə sənəd verən verən müəllimlərin qeydiyyatı başlayacaq. Sənəd qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-2019-cu il üzrə qəbul nəticəsi olan şəxslər də iştirak edə bilərlər. Həmçinin, ötənilki müsabiqədə uğur qazanan müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər.

Təhsil Nazirlyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov Azərbaycan Televiziyasına açıqlmasında bunları deyib "Əvvəllki mərhələdə tutulmayan yerlərlə yanaşı, bu mərhələdə 1000-dən çox yeni vakant yerlər olacaqdır. Bu paytaxt Bakı şəhərini, eyni zamanda regionlara da aiddir. Daimi əsaslarla çalışan müəllimlərin müsabiqədə iştirak edərək keçid balını toplayandan sonra ikinci iş yerləri üçün müraciətlərini nəzərə alaraq. Onlara artıq ötən ildən bu şərait yaradılır və onlar da elektron yerləşdirmədə iştirak edərək əlavə iş yeri qazana bilirlər. Bu mərhələdə də ən yüksək nəticə göstərən müəllimlər namizəd kimi seçiləcək. Bu, daimi əsasla işləyənə müəllim də ola bilər, digər namizəd də ola bilər.

Qeydiyyat prosesi mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Yalnız paytaxtda ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

CANLI YAYIM