Dünyada koronavirusla bağlı yeni qaydalar

Dünyada koronavirusla bağlı yeni qaydalar

21 Yanvar, 10:45 Sosial mediada paylaşın:

Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa təsdiqlənmiş yoluxma sayı 97 milyon 310 mini ötüb. Yoluxanların 2 milyon 83 mindən çoxu xəstəlikdən dünyasını dəyişib. Avropada epidemioloji vəziyyət ağır olaraq qalır. Böyük Britaniyada tələfat göstəricisində antirekord qeydə alınıb. Niderland bir neçə ölkə ilə hava əlaqəsini bağlayıb.

ABŞ-da qarşıdakı 100 gün ərzində federal idarələrin ərazisində maskadan istifadə və sosial məsafənin gözlənilməsi məcburi olacaq. Müvafiq sərəncam ölkənin yeni prezidenti Co Bayden tərəfindən imzalanıb. Birləşmiş Ştatlarda yoluxma və tələfat statistikasına gəlincə, ötən gün 57 mindən çox insanda koronavirus aşkarlanıb, 1710 nəfər xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə, bu ölkədə pandemiya qurbanlarının sayı 403 mini ötüb.

Avropa ölkələrində də epidemioloji vəziyyət ağır olaraq qalır. Son sutkada Böyük Britaniyada tələfat göstəricisində antirekord qeydə alınıb – 1820 nəfər. Yoluxma sayında da kəskin artım olub. Bir gündə koronavirus testi pozitiv çıxanların sayı 38 mindən yuxarı olub.
İspaniyada da son həftələrdə yoluxmalarda kəskin artım müşahidə olunur. ​ Son 7 gündə COVID-19 1146 nəfərin həyatına son qoyub. Bu, noyabrın sonundan bəri ən yüksək həftəlik tələfat göstəricisidir.

Niderland isə koronavirusun yeni mutasiyalarının yayılmasının qarşısını almaq üçün Böyük Britaniya, Cənubi Afrika Respublikası və Cənubi Amerikanın bir sıra ölkələri ilə hava əlaqəsini dayandırıb. Qadağa yanvarın 23-dən qüvvəyə minəcək və sərnişinlər üçün karantin qaydalarının yekun təsdiqindən sonra ləğv olunacaq.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa qarşı 15 vaksinlə bağlı qiymətləndirmələr aparır və bir neçə həftə ərzində onlardan bir neçəsi təcili istifadə üçün olan preparatlar siyahısına salına bilər. Bu barədə təşkilatın yeni təlimatında məlumat verilib. Hələ ki siyahıda olan yeganə vaksin “Pfizer/BioNTech”in preparatıdır. “AstraZeneca” şirkətinin peyvəndi yanvarın sonunadək, Cənubi Koreyanın “Bioscience” şirkətinin istehsal etdiyi vaksin fevralın ikinci yarısınadək təcili istifadə üçün olan preparatlar siyahısına daxil edilə bilər.

Fərda Abasova

CANLI YAYIM