Prezident İlham Əliyev İndoneziya xalqına başsağlığı verib

Prezident İlham Əliyev İndoneziya xalqına başsağlığı verib

19 Yanvar, 12:20 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı verib.

Başsağlığında deyilir:

“Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

CANLI YAYIM