Gürcüstanın Baş Naziri və güc nazirləri dəyişib

Gürcüstanın Baş Naziri və güc nazirləri dəyişib

8 Sentyabr, 18:44 Sosial mediada paylaşın:

Gürcüstan parlamenti ölkənin yeni Baş Naziri ilə yanaşı, nazirləri də təsdiq edib.

Əvvəlki hökumətin bəzi üzvləri yeni tərkibdə yer almayıblar.

Baş Nazir Qeorqi Qaxarianın kabinetində güc nazirləri dəyişdirilib.

Yeni hökumət təsdiq olunana qədər Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri işləmiş Vaxtanq Qomelauri Daxili İşlər naziri, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının siyasi katibi İrakli Qaribaşvili Müdafiə naziri, buna qədər Müdafiə naziri işləmiş Levan İzoria isə Milli Təhlükəsizlik Şurasının katibi olub.

Digər nazirlər isə öz postlarında qalıblar. Bundan sonra hökumətdə 10 nazir və bir dövlət naziri fəaliyyət göstərəcək.

Beləliklə, Maya Tskitişvili Regional İnkişaf naziri, Natela Turnava İqtisadiyyat və davamlı inkişaf naziri, David Zalkaliani Xarici İşlər naziri, İvane Maçavariani Maliyyə naziri, Mixail Batiaşvili Təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili Kənd Təsərrüfatı və ətraf mühit naziri, Ekaterina Tikaradze Səhiyyə, sosial müdafiə, əmək və işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərin işləri üzrə nazir, Teya Tsulukiani Ədliyyə naziri, Ketevan Tsixelaşvili isə Barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri vəzifələrini icra edəcəklər.

CANLI YAYIM