Yanvarın 20-də bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yanvarın 20-də bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Yanvar, 11:00 Sosial mediada paylaşın:

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 20 Yanvar günü səhərdən başlayaraq, dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar faciənin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

DİN bununla əlaqədar vətəndaşları həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, ölkədə tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyə çağırır.

Diqqətə çatdırılır ki, virusun yayılmasının qarşısının alınması məqsədilə ziyarətçilər sosial məsafəni gözləməli, mütləq qaydada tibbi maskalardan istifadə etməli, beş nəfərdən artıq qruplarda hərəkətdən çəkinməlidirlər.

CANLI YAYIM