Şuşada vaksinlərin saxlanma məntəqəsi qurulur

Şuşada vaksinlərin saxlanma məntəqəsi qurulur

16 Yanvar, 13:02 Sosial mediada paylaşın:

Ölkə üzrə vaksinlərin saxlanma məntəqələri demək olar ki, bütün rayonlarda mövcuddur. Vaksinasiya prosesi üçün infrastruktur tam hazır vəziyyətdədir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev söyləyib.

Onun sözlərinə görə, Şuşada da belə bir məntəqə qurulur və yaxın zamanlarda fəaliyyət göstərəcək.

CANLI YAYIM