Avropada son 40 ilin ən isti yayı

Avropada son 40 ilin ən isti yayı

7 Sentyabr, 20:28 Sosial mediada paylaşın:

Bu yay Avropada son 40 ilin ən isti yaylarından biri olub. Havanın temperaturu son 10 ilin göstəriciləri ilə müqayisədə 1,1 dərəcə artıb. Avqust meteoroloji müşahidələr tarixində demək olar ki, ən qızmar ay olub. Rekord göstərici 2016-cı ildə qeydə alınıb. Anomal isti hava bir neçə Avropa ölkəsində quraqlıq və güclü meşə yanğınlarına səbəb olub. Avropa İttifaqının meteorologiya mərkəzi temperaturun artması tendensiyasının davam edəcəyi ilə bağlı xəbərdarlıq edir. Ekspertlər qlobal istiləşməni ilk növbədə karbon qazı emissiyaları ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, buzlaqların sürətlə əriməsi, Avropada anomal isti, Sibirdə meşə yanğınları iqlim dəyişikliyinin nəticəsidir.

CANLI YAYIM