Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb

Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb

14 Yanvar, 11:19 Sosial mediada paylaşın:

Ötən gün saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilən ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə Tərtər Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan verilən məlumata görə, aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

CANLI YAYIM