Müdafiə Nazirliyi sənəd qəbuluna başladı

Müdafiə Nazirliyi sənəd qəbuluna başladı

11 Yanvar, 13:44 Sosial mediada paylaşın:

Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. 

CANLI YAYIM