Kəlbəcərin daha bir tarixi abidəsi - Vəngli kəndindəki Gəncəsər monastırı

Kəlbəcərin daha bir tarixi abidəsi - Vəngli kəndindəki Gəncəsər monastırı

8 Yanvar, 17:38 Sosial mediada paylaşın:

Kəlbəcərin rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılan məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının görkəmli abidələrindəndir.

AzTV-nin “Tarixin izi ilə” verilişində monastırın tarixi, necə inşa edilməsi barədə danışılıb.

Bildirilir ki, monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılıblar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn edib.

Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı idi.

Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilib. Hündür qala divarları ilə əhatə olunan Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilən baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və digər tikililər daxildir. Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olan bu monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanıb. 

CANLI YAYIM