Avropa İttifaqına üzv ölkələrdə vaksinasiyaya start verilib

Avropa İttifaqına üzv ölkələrdə vaksinasiyaya start verilib

28 Dekabr, 11:00 Sosial mediada paylaşın:

Son statistikaya əsasən, dünyada indiyədək koronavirusa yoluxanların sayı 81 milyon nəfəri keçib. Yoluxanlardan 1 milyon 772 min nəfər vəfat edib. Avropa İttifaqına üzv ölkələrdə vaksinasiyaya start verilib. İttifaqın 450 milyon vətəndaşı arasında hələ ki yalnız risk qrupundan asılı olaraq yaşlı insanlar peyvənd olunacaq.

Bütün ölkələr vaksin növbəsinə görə əhalini müəyyən qruplara bölüb. İlk dövrdə yalnız risk qrupuna daxil olanlar peyvəndlənir. Buraya koronavirus xəstələri ilə işləyən tibb personalı, yaşı 80-dən çox olanlar və qocalar evlərinin sakinləri aiddir. İttifaqda vaksinlənən şəxslərin elektron uçot sistemi tətbiq edilir.

Avropa İttifaqına üzv olmayan İsveçrədə isə maraqlı hadisə baş verib. Dağ turizmi mərkəzində karantinə alınmış 200 Britaniya vətəndaşı təcrid yerindən qaçıb. Polisin məlumatına görə, hadisə gecə baş verib. Hazırda mərkəzdə 250 britaniyalı təcrid olunub. Yeri gəlmişkən, koronavirusun yeni ştammı İsveçrə və Lixtenşteyndə də aşkar edilib. İsveçrədə eyni zamanda COVID-19-un Cənubi Afrika Respublikasında yayılmış variantı da müəyyən olunub.

 

CANLI YAYIM