Yeni Azərbaycan Partiyası növbəti qanvermə aksiyası keçirib

6 Sentyabr, 12:40 Sosial mediada paylaşın:

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) mənzil-qərargahında növbəti qanvermə aksiyası keçirilib.

Aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Ümumilikdə 300 nəfər qan verib.

Aksiyanın iştirakçıları arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da olub. (AzerTAC)