Ermənistanda məhkumlar üsyan qaldırıblar

Ermənistanda məhkumlar üsyan qaldırıblar

6 Sentyabr, 11:04 Sosial mediada paylaşın:

Ermənistan paytaxtının yaxınlığında yerləşən Nubaraşen həbsxanasında məhkumlar üsyan qaldırıblar. Onlar koloniyada baş verən qanunsuzluqlarla, məhkumların saxlanılması şəraitinin acınacaqlı olmasına qarşı etirazlarını bildiriblər.

Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan bildirib ki, həbsxanaya əlavə mühafizə dəstələri göndərilib və kollektiv üsyanın qarşısı alınıb. Onun sözlərinə görə, hazırda islah-əmək koloniyasında vəziyyət sabitdir. Erməni nazir əlavə edib ki, üsyançı məhkumların yenidən itaətsizlik göstərəcəyi təqdirdə əlavə tədbirlər görüləcək.

Erməni KİV-lərinin yazdığına görə, həbsxananın mühafizə işçiləri kriminal avtoritetlər üçün rüşvət müqabilində qadağan olunmuş müxtəlif əşyalardan, habelə narkotik vasitələrdən istifadə edilməsinə şərait yaradıblar. Korrupsiya və özbaşınalığın hökm sürdüyü koloniyada digər məhkumlar aclıq və antisanitariya şəraitində saxlanılıb. Helsinki Komitəsinin Ermənistan nümayəndəsi də bununla bağlı dəfələrlə hökumətə müraciətlər ünvanlayıb.

CANLI YAYIM