Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb

14 Dekabr, 10:51 Sosial mediada paylaşın:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.

“ADY Konteyner” MMC-dən bildirilib ki, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub. 40 futluq konteyner Türkmənbaşı limanından operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”in “Silver Star” fider gəmisi vasitəsilə Bakı Limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. 15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb. Daşımanı “ADY Konteyner” şirkəti həyata keçirib.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, indiyədək bu dəmir yolu ilə ümumilikdə 21 min 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 min 779 TEU olub.

CANLI YAYIM