"Mədəniyyət" kanalı təltif olundu

"Mədəniyyət" kanalı təltif olundu

5 Sentyabr, 12:56 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı Gənc Tamaşaçılar Teatrı tərəfindən “Teatrın dostu” nominasiyasında "Teatrla sıx əməkdaşlığa görə" diplomu ilə təltif olunub.

"Mədəniyyət" kanalının direktor müavini Riad Quliyev teatrın uğurlarını hər zaman işıqlandırmağa hazır olduqlarını qeyd edib: “Gənc Tamaşaçılar Teatrı həm uşaqların, həm gənclərin, həm də yaşlı nəslin sevdiyi mədəniyyət ocağıdır. Burada sənətin, teatrın inkişafı adına ciddi işlər görülür, biz də "Mədəniyyət" kanalı olaraq bu hadisələri işıqlandırmağa, geniş tamaşaçı kütləsinə çatdırmağa hazırıq hər zaman. Bu diploma, teatrın dostu statusuna görə də minnətdarlığımızı bildiririk.”

CANLI YAYIM