Goranboyda 40 mənzilli binanın tikintisi davam edir

Goranboyda 40 mənzilli binanın tikintisi davam edir

5 Sentyabr, 12:41 Sosial mediada paylaşın:


Ölkəmizdə bütün sahələr üzrə müasir infrastrukturun qurulması təkcə paytaxt və iri şəhərlərlə məhdudlaşmır. Dağ rayonları və ucqar kəndlərdə də bu inkişaf hiss olunur. Yollar yenidən qurulur, müasir məktəblər, yaşayış binaları tikilir. Goranboy şəhərində qəzalı evlərdə yaşayan əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında Dövlət başçısının sərəncamına uyğun olaraq 40 mənzilli binanın tikintisi aparılır.

Goranboyda qəzalı binalarda yaşayan sakinlərin mənzil məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə tikintisi davam edən çoxmənzilli yaşayış binasının bu ilin sonuan kimi tamamlanaraq sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
Hazırda 5 mərtəbəli 40 mənzilli binada beton konstruksiya və hörgü işləri tamamlanmaq üzrədir. 2 blokdan ibarət olacaq tikilidə 1,2 və 3 otaqlı mənzillər layihələndirilir. Müasir standartlara cavab verəcək binada sakinlərin rahatlığının təmin olunması üçüb bütün infrastruktur tədbirləri görülür.

Azər Hüseynov (iş icraçısı): "Bu ərazidə qəzalı vəziyyətdə olan 2 mərtəbəli bina biz tərəfindən sökülərək yerində müasir tipli 5 mərtəbəli 40 mənzilli yaşayış binasının inşası aparılır. Bununla yanaşı, ərazidə içməli və texniki su anbarlarının qazıntısı gedir. Ərazidə abadlıq quruculuq, asfalt, yaşıllıq və uşaq meydançasının tikintisidə nəzərdə tutulur.”

 Layihəyə əsasən mənzillərin isidilməsinin kombi sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Mənzillər tam təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.

CANLI YAYIM