Almaniyanın 150-yə yaxın şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçiriləcək

5 Sentyabr, 12:11 Sosial mediada paylaşın:

Sentyabr 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.

Dövlət Turizm Agentliyindən bildirilib ki, B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.

Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.

150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.