Ermənistanın balıq məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb

Ermənistanın balıq məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb

4 Sentyabr, 15:03 Sosial mediada paylaşın:

Sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin məhsullarının Rusiyaya tədarükü məhdudlaşdırılıb. Bununla bağlı məlumatı Rusiyanın “Rosselxoznadzor” qurumunun mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, erməni müəssisənin istehsal etdiyi məhsullar Avrasiya İqtisadi Birliyi və Rusiya Federasiyasında olan baytarlıq-sanitar tələblərinə cavab vermir və bu səbəbdən sentyabrın 5-dən etibarən Ermənistanın “Qoyteks” müəssisəsinin istehsalı olan bütün məhsulların ölkə ərazisinə tədarükü müvəqqəti olaraq məhdudlaşdırılır. “Rosselxoznadzor” əlavə edib ki, Ermənistandan göndərilən balıq məhsullarında yaşıl malaxit aşkar edilib.

CANLI YAYIM