Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri

Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin görüntüləri

3 Dekabr, 13:00 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Hüsülü və Malıbəy kəndlərinin videogörüntülərini paylaşıb.

Xatırladaq ki, hər iki kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Bu kəndlər işğaldan sonra talan edilib.

Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

CANLI YAYIM