“Laçınım, qartal olub göylərində uçum mən” – FOTOLAR

“Laçınım, qartal olub göylərində uçum mən” –FOTOLAR

1 Dekabr, 16:00 Sosial mediada paylaşın:

Dekabrın 1-də Laçının işğaldan azad olunması münasibətilə Bakı sakinləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Bakı sakinləri və laçınlılar and yerimiz olan bu məkana gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.

Xiyabana yürüş edən iştirakçılar “Laçın azaddır”, “Biz Laçına qayıdırıq”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirib, Laçının işğaldan azad edildiyini özündə müxtəlif ifadələrlə əks etdirən posterlər qaldırıblar.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin fotoqrafı Rüstəm İsmayılovun Şəhidlər xiyabanında çəkdiyi fotoları təqdim edirik.

CANLI YAYIM