Azərbaycandakı diplomatik korpusun nümayəndələri Ağdama gediblər

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Ağdama gediblər

28 Noyabr, 12:13 Sosial mediada paylaşın:

“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan azad olunmuş Ağdama aparırıq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqırımı nümunəsidir. “Qarabağ” futbol klubunun üzvləri də bizimlədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

CANLI YAYIM