Prezident İlham Əliyev: “Ermənilər apara bilmədikləri ev heyvanlarını öldürürlər”

Prezident İlham Əliyev: “Ermənilər apara bilmədikləri ev heyvanlarını öldürürlər”

25 Noyabr, 15:30 Sosial mediada paylaşın:

“Kəlbəcər rayonunda böyük meşə əraziləri var. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir”.

Bu sözləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ölkə başçısı bildirib ki, mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb: “Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

CANLI YAYIM